ABŞ maliyyə naziri Skott Bessent NBC News-a verdiyi müsahibədə bildirib ki, Vaşinqton NATO-nun bir hissəsi olaraq qalmaq niyyətindədir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bessent həmçinin Qrenlandiyanın ilhaqı ilə bağlı yaranan gərginlik fonunda Avropa liderlərinə mesaj verib. O, Qrenlandiyanın ilhaqı ilə NATO arasında seçim edilməsinin səhv olduğunu və Avropa liderlərinin “özlərinə gələcəklərini” bildirib.
Maliyyə naziri ABŞ-ın təhlükəsizlik çətiri altında qalmağın vacibliyini vurğulayaraq, Avropa ölkələrinin bu reallığı anlamalı olduğunu qeyd edib.
Bessentin açıqlaması, Qrenlandiya məsələsinin təkcə geosiyasi deyil, həm də transatlantik təhlükəsizlik və ittifaqın gələcəyi baxımından kritik bir nöqtəyə çevrildiyini göstərir.