Dönərxanada yanğın: alovun yayılmasının qarşısı alındı
Paytaxtın Səbail rayonu, "Sahil" metrostansiyasının yaxınlığında dönərxanada baş verən yanğının qarşısı alınıb.
Crossmedia.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
21:45 18.01.2026
Oxunuş sayı: 1205