Amerikalıların 2/3-i İranla müharibəni istəmir
Amerikanın CBS News telekanalının keçirdiyi sorğuya görə, amerikalıların əksəriyyəti ABŞ-nin İran rejiminə qarşı mümkün hərbi əməliyyatını dəstəkləmir. Respondentlərin 33%-i hərbi müdaxiləni dəstəklədiyini bildirərkən, 67%-i bunun əleyhinə çıxıb.
Crossmedia.az xəbər verir ki, sorğuda iştirak edənlər həmçinin ABŞ-nin mümkün motivlərini qiymətləndiriblər. Respondentlərin 47%-i ABŞ-ın bu addımı mənəvi öhdəliklərinə görə atacağını düşünür, 61%-i strateji maraqların rol oynadığını qeyd edir, 42%-i isə ölkənin effektiv bir plana sahib olduğuna əmin olduğunu bildirib.
Gözlənilən nəticələrlə bağlı isə respondentlərin 67%-i hərbi əməliyyatların uzun və baha başa gələn bir kampaniyaya çevriləcəyini düşünür. Yalnız 33% isə əməliyyatın sürətli və uğurlu olacağına inanır.
Bu nəticələr göstərir ki, amerikalılar İranla müharibənin risk və xərclərini daha real qiymətləndirir və ölkənin bu istiqamətdə addım atmasını istəmir.
22:50 18.01.2026
Oxunuş sayı: 1774