Avropa İttifaqı Qrenlandiyanın mümkün şəkildə ələ keçirilməsi ehtimalına cavab olaraq ABŞ-a qarşı tədbirlər planlaşdırır. Hazırlanan ssenarilərə sanksiyaların və rüsumların tətbiqi, həmçinin 2025-ci ildə imzalanmış ticarət sazişinin ləğvi daxildir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Mənbələrə görə, Aİ ABŞ-a təzyiq vasitəsi kimi Amerikanın Avropadakı hərbi bazalarının bağlanmasını da nəzərdən keçirir. Bu addım transatlantik münasibətlərdə ciddi gərginlik yarada bilər və NATO daxilində strateji balansı sarsıda bilər.
Aİ-nin bu qərarı, Qrenlandiya məsələsinin yalnız regional yox, həm də qlobal geosiyasətə təsir göstərə biləcəyini göstərir. ABŞ-la ticarət və təhlükəsizlik sahələrində münasibətlərin gələcəyi, bu qərarın reallaşma ehtimalından asılı olaraq yenidən formalaşa bilər.