İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə münasibətlərinin “şəffaf və aydın” olduğunu iddia edir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında danışıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, İran AEBA-nın və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin üzvü olaraq Təhlükəsizlik Sazişinə sadiq qalır. Bəqayi bildirib ki, İranın Vyanadakı daimi nümayəndəliyinin əsas vəzifələrindən biri də AEBA ilə əlaqələrin tənzimlənməsidir.
Qeyd edək ki, bu açıqlama İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqların artdığı və AEBA-nın Tehrandan daha geniş əməkdaşlıq tələb etdiyi bir dövrə təsadüf edir.