Yasamalda binadakı yanğın söndürülüb
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, ilkin məlumata əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb.
20:03
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
20:16 15.01.2026
Oxunuş sayı: 1318