Təhlükə mesajı: Şimali Koreya Seulu sərt şəkildə xəbərdar edib
Cənubi Koreyanın münasibətlərin normallaşdırılmasına dair ümidlər heç vaxt reallaşmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın lideri Kim Çen In-in bacısı və Koreya İşçi Partiyasının Kütləvi İnformasiya və İctimaiyyət Departamentinin müavini Kim Yo Jong bildirib.
Bu bəyanat Cənubi Koreyanın Birləşmə Nazirliyinin barış və yaxınlaşma arzusu ilə bağlı açıqlamasına cavab olaraq verilib.
Kim Yo Jong Cənubi Koreyanı Şimali Koreyanın suverenliyinə ciddi müdaxilə ilə ittiham edib və Seulu bu qanun pozuntusunu qəbul edib üzr istəməyə və belə hallarının təkrarlanmaması üçün tədbir görməyə çağırıb.
02:25 14.01.2026
Oxunuş sayı: 1305