Rusiya 30-dan çox Ukrayna dronunu məhv edib
Rusiya hava hücumundan müdafiə qüvvələri iki saat ərzində ölkənin cənub bölgələri və dənizləri üzərində səmada 33 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Departamentin Telegram kanalında bildirilib ki, Moskva vaxtı ilə saat 18:00 ilə 20:00 arasında növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 33 ədəd sabit qanadlı pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib.
22:06 13.01.2026
Oxunuş sayı: 1183