Basketbol üzrə Azərbaycan Kubokunda növbəti 1/4 finalçı müəyyənləşib
Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, Bakı İdman Sarayında "Naxçıvan"la qarşılaşan "Quba" 105:98 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.
Bölgə təmsilçisinin növbəti raunddakı rəqibi "Sabah" olacaq. Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.
Qeyd edək ki, daha əvvəl "Neftçi" 1/4 finala yüksələrək "Gəncə" kollektivinə rəqib olub.
22:00 13.01.2026
Oxunuş sayı: 1082