Şəkidə 66 yaşlı kişi faciəli şəkildə öldü
Yanvarın 10-da Şəki rayonunun İnçə kəndi ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Crossmedia.az-ın məlumatına görə, mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə vuraraq xəsarət yetirib.
Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən yolda avtomobildən enib və bir qədər getdikdən sonra yıxılaraq növbəti dəfə xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən S.Nəbiyev bu gün aldığı xəsarətlərdən xəstəxanada ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
17:05 12.01.2026
Oxunuş sayı: 941