Avrokomissiya Rusiyadan sülhə hazır olduğunu nümayiş etdirməyi tələb etdi
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanı sülh prosesinə maraqlı olduğunu konkret addımlarla sübut etməyə çağırıb. Onun sözlərinə görə, mövcud şəraitdə Moskva sülh yolu ilə nizamlanmaya hazır olduğunu aydın şəkildə ortaya qoymalıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ursula fon der Leyen çıxışı zamanı bildirib.
O xatırladıb ki, Ukrayna ilə bağlı 20 maddədən ibarət sülh planı mövcuddur və bu plan 2025-ci ilin sonlarında Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında müzakirə edilib.
Nihat Tahirov
10:58 12.01.2026
Oxunuş sayı: 2580