Trampdan Qrenlandiya ilə bağlı sərt mesaj: Bu və ya digər yolla bizim olacaq
ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı sərt və diqqətçəkən açıqlamalar verib. Belə ki, o, adanı Vaşinqton üçün strateji baxımdan son dərəcə vacib ərazi kimi dəyərləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Trampın sözlərinə görə, ABŞ Qrenlandiya üzərində nəzarəti ələ almasa, bu addımı Rusiya və ya Çin ata bilər. “Mən buna imkan verməyəcəyəm”,- deyə o bildirib.
Prezident adanın müdafiə imkanlarına da ironik yanaşaraq, Qrenlandiyanın müdafiəsinin “demək olar ki, iki it qoşqusundan ibarət olduğunu” qeyd edib.
Açıqlamasının sonunda Tramp, “Bu və ya digər yolla Qrenlandiya bizim olacaq”,- deyə vurğulayıb.
10:05 12.01.2026
Oxunuş sayı: 2539