İran danışıqlara hazırdır? - Trampdan maraqlı AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp İranda baş verən kütləvi etirazlar fonunda İrana qarşı mümkün hərəkətləri Milli Təhlükəsizlik Şurası ilə müzakirə edəcək.
Crossmedia.az CNN-ə istinadən xəbər verir ki, nəzərdən keçirilən variantlar arasında rejimin təhlükəsizlik qüvvələrinə zərbələr, kiberhücumlar, yeni sanksiyalar və etirazçılara internet, o cümlədən Starlink vasitəsilə dəstək verilməsi var. ABŞ qüvvələrinin ölkəyə daxil olması planlaşdırılmır, lakin Tramp xəbərdarlıq edib ki, əgər ABŞ bazalarına hücum olarsa, cavab “əvvəllər görülməmiş” olacaq.
Tramp jurnalistlərin suallarına cavab olaraq bildirib ki, administrasiyası İran müxalifətinin liderləri ilə əlaqələri davam etdirir. ABŞ lideri həmçinin qeyd edib ki, İran danışıqlar aparmaq istəyir və görüş artıq hazırlanır, lakin ölkədə baş verən hadisələr nəzərə alınaraq, Vaşinqtonun görüşdən əvvəl hərəkət etməsi mümkündür.
Nəzrin Abbas
09:56 12.01.2026
Oxunuş sayı: 2005