ABŞ 66 beynəlxalq təşkilatdan çıxır
ABŞ prezidenti Donald Tramp ölkənin 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan memorandum imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti X sosial media platformasında məlumat yayıb.
Bildirilib ki, sözügedən təşkilatlardan 31-i BMT-yə bağlı agentliklərdir, lakin tam siyahı açıqlanmayıb. Ağ Evin açıqlamasında qeyd olunur ki, bu qurumlar “artıq Amerikanın maraqlarına xidmət etmir”.
Məlumata görə, prezident administrasiyası ABŞ-nin üzv olduğu və ya maliyyələşdirdiyi bütün beynəlxalq təşkilatları, konvensiyaları və müqavilələri nəzərdən keçirdikdən sonra bu qərarı verib. Yoxlanılan qurumların bir çoxunun ABŞ-nin suverenliyi və iqtisadi gücü ilə ziddiyyət təşkil edən “radikal iqlim siyasəti, qlobal idarəçilik və ideoloji gündəmləri” təşviq etdiyi bildirilib.
Xatırladaq ki, Donald Tramp daha əvvəl ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından, Paris İqlim Sazişindən və BMT-nin İnsan Haqları Şurasından çıxması, həmçinin BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsinin dayandırılması ilə bağlı sərəncamlar imzalamışdı. O, eyni zamanda ABŞ-nin 2026-cı il dekabrın 31-dək YUNESKO-dan da çıxacağını bəyan edib.
11:30 08.01.2026
Oxunuş sayı: 1658