ABŞ senatoru Trampın Venesuela planlarını “dəlilik” adlandırdı
ABŞ-də demokrat senator Kris Merfi, prezident Donald Trampın Venesuela ilə bağlı planlarını “dəlilik” adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Senator bildirib ki, Trampın planı Venesuela neftini zorla almaq və ölkəni mikromənecment vasitəsilə idarə etmək üzərinə qurulub. Onun sözlərinə görə, planın miqyası və absurdluluğu heyrətamizdir.
“Bu, dəlilik planıdır. Onlar Venesuela neftini silah gücü ilə oğurlayıb ölkəni mikromənecment üçün uzun müddət əllərində saxlamaq istəyirlər. Planın miqyası və absurdluğu sadəcə təsəvvür olunmazdır”, – senator vurğulayıb.
Fatimə Məmmədova
11:23 08.01.2026
Oxunuş sayı: 1527