İranda etiraz zamanı polisə hücum: 2 ölü, 30 yaralı
İranda etirazlar zamanı polisə hücum nəticəsində 2 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, nümayişçilər etirazlar zamanı polisləri daşlarla atəşə tutublar. Həmçinin hadisə yerində silahlı şəxslərin də olduğu bildirilib və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar.
Fatimə Məmmədova
10:42 08.01.2026
Oxunuş sayı: 1242