Minneapolisdə ICE əməliyyatı zamanı qadın güllələndi
ABŞ-ın Minneapolis şəhərində Miqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşı reyd zamanı bir qadını güllələyərək öldürüb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisədən sonra şəhər meri ICE-in Minneapolisdən çıxmasını tələb edib. O, baş verənləri qəbuledilməz adlandıraraq məsuliyyətin araşdırılmasını istəyib.
ABŞ-nin prezidenti Donald Tramp isə ICE əməkdaşının hərəkətlərini müdafiə edib. Tramp bildirib ki, əməkdaş “özünümüdafiə məqsədilə” hərəkət edib.
10:30 08.01.2026
Oxunuş sayı: 1467