Rusiya Dumasında tanker qalmaqalı
Rusiya tankerinin ABŞ hərbçiləri tərəfindən ələ keçirilməsi Dövlət Dumasında qəzəblə qarşılanıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Müdafiə Komitəsi sədrinin birinci müavini Vladimir Juravlyov hadisəni “Rusiya ərazisinə təcavüz” adlandırıb və sərt cavab çağırışı edib.
O, Rusiyanın hərbi doktrinasının ən kəskin tədbirlərə, o cümlədən hərbi gücdən istifadəyə imkan verdiyini bildirib və ABŞ Sahil Mühafizəsinə qarşı zərbə variantını istisna etməyib.
Nəzrin Abbas
09:57 08.01.2026
Oxunuş sayı: 1393