Kanadada parçalanma riski: Kvebek Konstitusiyadan uzaqlaşır, müstəqillik çağırışları güclənir
Kanadanın fransızdilli Kvebek əyaləti getdikcə ölkə Konstitusiyasının bir sıra maddələrini icra etmir. Bununla yanaşı, Kvebek məclisi Kanada qanunvericiliyinin bir çox müddəasını fərqli formada şərh və tətbiq etməyə başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Kvebek məclisində yeni müstəqillik yönlü fraksiyanın formalaşması da bu tendensiyanı gücləndirir. Siyasi müşahidəçilər bunu Ottava ilə əyalət arasında münasibətlərin daha da gərginləşməsi kimi qiymətləndirirlər.
Eyni zamanda Kanada rəsmiləri Qrenlandiyanın ABŞ nəzarətinə keçməsi ehtimalından ciddi şəkildə narahatdırlar.
Bu ssenari Kanadanın Avropa ilə birbaşa geosiyasi bağlantısının zəifləməsinə, ölkənin faktiki olaraq hər tərəfdən ABŞ tərəfindən əhatə olunmasına gətirib çıxara bilər.
23:27 07.01.2026
Oxunuş sayı: 1645