İsveçrə XİN ABŞ-nin Venesuelaya hücumunu pislədi
İsveçrənin Xarici İşlər Nazirliyi bildirib ki, 3 yanvar 2026-cı il tarixində ABŞ-nin Venesuelaya qarşı keçirdiyi əməliyyat beynəlxalq hüquqa uyğun deyil və bu hücumda heç bir hüquqi əsas yoxdur.
Crossmedia.az xəbər verir ki, nazirlik açıqlamasında deyib ki, hücum Venesuelanın ərazi bütövlüyü və prezidenti Nikolas Maduronun şəxsi immunitetinə hörmətsizlik təşkil edir və bu, suverenliyə qarşı açıq pozuntu kimi qiymətləndirilir.
İsveçrə bu pozuntuya görə narahatlıq ifadə edib, bu kimi halların prezent yaratma riskini vurğulayıb və hər iki tərəfə sülh yolu ilə həll tapmaq üçün öz vasitəçilik xidmətlərini təklif etdiyini diqqətə çatdırıb.
Türkan Kərimli
22:12 07.01.2026
Oxunuş sayı: 1610