Rubio ABŞ-nin Venesuela ilə bağlı üçmərhələli planını açıqlayıb
ABŞ senatoru Marko Rubio Vaşinqtonun Venesuela üzrə planının əsas mərhələlərini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Marko Rubionun sözlərinə görə, plan üç əsas mərhələdən ibarətdir. Birinci mərhələdə ölkədə vəziyyətin sabitləşdirilməsi və Venesuelanın xaosa sürüklənməsinin qarşısının alınması nəzərdə tutulur.
İkinci mərhələdə ABŞ Venesuelada iqtisadi bərpa prosesinə başlamağı planlaşdırır. Belə ki, bu prosesin əsas şərtlərindən biri Amerika şirkətlərinin Venesuela bazarına çıxışının təmin edilməsi olacaq.
Üçüncü və yekun mərhələdə isə müxalif qüvvələr üçün amnistiya nəzərə alınmaqla hakimiyyətin ötürülməsi planlaşdırılır.
Rubio bildirib ki, bu yanaşma Venesuelada uzunmüddətli sabitliyin və siyasi keçidin təmin edilməsinə yönəlib.
Fatimə Məmmədova
22:05 07.01.2026
Oxunuş sayı: 1519