ABŞ “Marinera” tankerinin ekipajını məhkəməyə verir
ABŞ “Marinera” tankerinin ekipajını məhkəmə qarşısına çıxarmaq niyyətindədir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Açıqlamada bildirilib ki, tanker ABŞ-nin Venesuelaya qarşı tətbiq etdiyi sanksiyaları pozaraq Venesuela neftini qanunsuz şəkildə daşıyıb.
Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi tanker göyərtəsində Rusiya vətəndaşlarının olduğunu bəyan etmişdi.
Fatimə Məmmədova
21:57 07.01.2026
Oxunuş sayı: 1795