Güclü külək Bakıda 8 ağacı sındırıb
Güclü küləklə əlaqədar gecə saatlarından etibarən Bakı şəhəri ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən xəbər verilib.
Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.
11:42 31.12.2025
Oxunuş sayı: 1235