Sumqayıtda mənzil yanır
Sumqayıt şəhərində yaşayış binasında mənzil yanır.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonunda yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə FHN-un Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
13:29 29.12.2025
Oxunuş sayı: 3175