Bakıdan Moskvaya uçan təyyarənin enişinə niyə icazə verilmədi
Bu gün, 27 dekabr tarixində Aeroflot Hava Yollarına məxsus və saat 19:55-də Bakıdan Moskvaya yola düşən reys, Moskvaya eniş edə bilməyib və məcburi şəkildə Sankt-Peterburq hava limanına yönləndirilib.
Crossmedia.az xəbər verir ki, təyyarənin sərnişinləri hal-hazırda Sankt-Peterburq hava limanında Moskvaya növbəti uçuş üçün gözləyirlər.
Qeyd edək ki, bu, təkcə bir reyslə məhdudlaşmır. Bu gün ərzində Moskvadakı əsas hava limanlarında (Şeremetyevo, Domodedovo, Vnukovo) onlarla reys gecikib və ya təxirə salınıb.
Əlavə məlumat əldə olunduqca xəbər yenilənəcək.
09:28 28.12.2025
Oxunuş sayı: 1434