Xankəndidə "Qış nağılı" yarmarkası başlayıb
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində "Qış nağılı" adlı yarmarka fəaliyyətə başlayıb.
Crossmedia.az xəbər verir ki, yanvarın 5-dək davam edəcək yarmarka Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə artıq 2-ci dəfədir, keçirilir.
Yarmarka şəhərin Zəfər meydanında təşkil edilib. Yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur.(Report)



18:45 27.12.2025
Oxunuş sayı: 1016