Onlara 14 ilə kimi qiyabi həbs verildi
Xaricə qaçıb gizlənən Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan Teymurov, Elşad Məmmədov, Süleyman Süleymanlı, Rəfael Piriyev və Orxan Ağayevin məhkəmə araşdırması başa çatıb.
Crossmedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan qiyabi icraat üzrə hökm oxunub.
Hökmə əsasən, Qurban Məmmədov və Tural Sadıqlı 14, digərlərinə 9 il müddətinə qiyabi həbs cəzası verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər çoxsaylı ağır cinayətlərin törədilməsində ittiham edilirlər.
19:11 26.12.2025
Oxunuş sayı: 1017