Şimali Koreyada yüksək vəzifəli məmur vəfat etdi
Şimali Koreyanın siyasi rəhbərliyində mühüm mövqe tutmuş yüksək rütbəli məmurun vəfatı ölkə gündəmini zəbt edib.
Crossmedia.az KCNA xəbər agentliyinə istinadən xəbər verir ki, Şimali Koreyanın Dövlət İşləri Komissiyasının departament rəhbəri Kim Çanq Son vəfat edib.
Şimali Koreya lideri Kim Çen In yüksək vəzifəli məmurun vəfatı ilə əlaqədar əklil göndərib. Kim Çanq Son Kim İl Sun ordeni ilə təltif olunmuş, mühüm vəzifələr tutmuş və “partiyamızın nüfuzunun qorunmasına xüsusi töhfə vermiş” şəxs kimi xarakterizə olunub.
Məlumata əsasən, Kim Çanq Son Kim Çen Inin protokol işlərinə rəhbərlik edib, həmçinin Sinqapur, Hanoy və Cənubi Koreyada keçirilən sammitlərin hazırlanmasına nəzarət edib.
Zeynəb Xuduyeva
11:18 26.12.2025
Oxunuş sayı: 1273