Həbsdə ölən sabiq icra başçısının oğluna yeni vəzifə verildi
Xəbər verdiyimiz kimi, bir sıra hakimlərin vəzifələri dəyişdirilib.
Crossmedia.az-ın məlumatına görə, vəzifəsi dəyişdirilən hakimlərdən biri Ramin Nizaməddin oğlu Quliyevdir.
O, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilib.
Qeyd edək ki, Ramin Quliyev 2021-ci ildə həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğludur.
N.Quliyev 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
10:23 26.12.2025
Oxunuş sayı: 1224