Polşa qırıcıları Baltik dənizi üzərində Rusiya kəşfiyyat təyyarəsi ilə qarşı qarşıya gəlib
Çərşənbə günü Polşa Silahlı Qüvvələrinin qırıcı təyyarələri Baltik dənizi üzərində uçan Rusiya kəşfiyyat təyyarəsini izləmək üçün havaya qalxıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı X hesabında məlumat yayıb.
Məlumatda bildirilir ki, Polşa qırıcıları səhər saatlarında Rusiya kəşfiyyat təyyarəsini beynəlxalq hava məkanında, Polşanın hava sərhədlərinə yaxın ərazidə hücum üçün havaya qaldırılıb.
Pərvin Hacıyeva
19:07 25.12.2025
Oxunuş sayı: 3669