2025-ci ildə Azərbaycanda 5543 yeraltı təkan və 19 zəlzələ qeydə alınıb
Bu il ərzində müşahidə olunan seysmiklik, qeydə alınan zəlzələlər və palçıq vulkanlarının sayı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə MEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli AMEA-nın Yer Elmləri bölməsinin iclasında məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ilin dekabr ayının 25-ə qədər Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkanlar qeydə alınıb:
"Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb. Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayışlar qeydə alınıb".
15:50 25.12.2025
Oxunuş sayı: 1721