Aqil Abbas: Prezident İlham Əliyevlə qürur duyuruq
Müstəqil Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu, əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlar ölkə rəhbərliyinin həyata keçirdiyi strateji kursla birbaşa bağlıdır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti, ölkənin daxili sabitliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın təmin olunması və Azərbaycanın beynəlxalq arenada mövqelərinin gücləndirilməsi xüsusi diqqət çəkir. Dövlət başçısının balanslaşdırılmış daxili və xarici siyasəti həm regional təhlükəsizlik, həm də milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıdan Prezident İlham Əliyevin doğum gününün gəlməsi isə bu siyasi yolun, liderlik keyfiyyətlərinin və dövlətçilik xidmətlərinin bir daha dəyərləndirilməsi üçün mühüm fürsətdir.
Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-a açıqlamasında prezident İlham Əliyevi təbrik edib:
“Mən onu deyə bilərəm ki, Azərbaycanın 200 illik torpaqlarını azad edən möhtərəm prezident İlham Əliyevlə qürur duyuruq. Allah ona ömür versin”.
Ayhan
18:00 23.12.2025
Oxunuş sayı: 1306