Tanrıverdi Tanrıverdiyev həbsdə dünyasını dəyişib
Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıverdi Tanrıverdiyev həbsdə dünyasını dəyişib.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, məhkəmə bu səbəbdən yeni qərar qəbul edib.
Qərara əsasən, onunla bağlı son müraciətə xitam verilib. Ərizədə ölüm səbəbi uzunmüddətli xəstəlik göstərilib.
Qeyd edək ki, keçmiş direktor külli miqdarda mənimsəmə, rüşvətalma, ağır nəticələrə səbəb olan səhlənkarlıqda ittiham olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsi T. Tanrıverdiyevə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası versə də, prokurorun etirazı hökmü dəyişib.
Apellyasiya instansiyasının yeni qərarı ilə Tanrıverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun evi və torpaq sahələri də müsadirə olunub.
Cinayət işi üzrə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəymiş ziyan 200 min manata yaxın olub.
16:50 23.12.2025
Oxunuş sayı: 1009