Tayvan yaxınlığında radar məntəqəsi: Yaponiya ada icarəyə götürür
Yaponiyanın Müdafiə Nazirliyi Tayvan yaxınlığında yerləşən Kitadaito adasında mobil radiolokasiya xəbərdarlıq və nəzarət məntəqəsinin yerləşdirilməsi məqsədilə torpaq sahəsinin icarəsi ilə bağlı razılaşma imzalayıb. Saziş Kitadaito kənd administrasiyası ilə bağlanıb və obyektin Yaponiyanın Özünümüdafiə Qüvvələri tərəfindən yerləşdirilməsinə hazırlıq çərçivəsində həyata keçirilir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ada Okinava prefekturasının ən şərqdə yerləşən ucqar nöqtələrindən biridir.
Məntəqənin yerləşdirilməsinə 2026-cı ildə başlanılması planlaşdırılır. Burada təxminən 30 hərbi qulluqçunun xidmət edəcəyi gözlənilir. Obyektin əsas vəzifəsi Okinava və Miyako adaları arasındakı akvatoriyada Çin aviadaşıyıcılarının və hərbi aviasiyasının fəaliyyətini izləmək olacaq.
Pekin rəsmi Tokionun bu addımını təxribat kimi qiymətləndirib və Yaponiyanın Tayvan yaxınlığında hərbi və dəniz mövcudluğunu genişləndirməyə cəhd etdiyini bildirib.
Mehriban İbrahimli
14:58 19.12.2025
Oxunuş sayı: 1087