Ərdoğan: Azərbaycan və Ermənistan sülhə yaxındır
Azərbaycan və Ermənistan hazırda sülh müqaviləsi imzalamağa heç vaxt olmadığı qədər yaxındır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O, vurğulayıb ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycandan sıx əməkdaşlıqla aparır.
«Azərbaycandan koordinasiyalı şəkildə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini irəli aparırıq. Gələn il bir sıra simvolik addımlar atacağıq», — deyə Ərdoğan qeyd edib.
Mehriban İbrahimli
17:05 16.12.2025
Oxunuş sayı: 996