ABŞ Zelenskiyə təhlükəsizlik zəmanətlərini qəbul etməsi üçün ciddi şərt qoyub
ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskiyə bildirib ki, ya Kiyev ABŞ-nin təhlükəsizlik zəmanətlərini qəbul etməlidir, ya da onları itirmək riski var.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Vaşinqton bu zəmanətləri NATO-nun 5-ci maddəsinə bənzədərək “platina standartı” adlandırır və bunu həm Ukrayna, həm də Avropa üçün böyük uğur hesab edir.
ABŞ mənbələri bildirir ki, Rusiyanı belə zəmanətləri qəbul etməyə inandırmaq çətin olacaq, lakin ABŞ Prezidenti Donald Tramp Moskvanın razılığını əldə edə biləcəyinə əmindir.
Pərvin Hacıyeva
16:35 16.12.2025
Oxunuş sayı: 1102