ABŞ Rusiyaya “güclü təkliflər paketi” təqdim edəcək
ABŞ Rusiyaya Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı güclü təkliflər paketi təqdim etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, missiyanın əsas məqsədi danışıqlar prosesini irəli aparacaq və razılaşmanın əldə olunmasına imkan verəcək maksimum inandırıcı təkliflər paketinin hazırlanmasıdır. ABŞ bu paketi ən qısa zamanda Rusiya prezidenti Vladimir Putinə təqdim etməyi nəzərdə tutur.
Qeyd olunur ki, Vaşinqton təşəbbüsü danışıqlarda real irəliləyişə nail olmaq üçün vacib addım kimi dəyərləndirir.
Fatimə Məmmədova
16:14 16.12.2025
Oxunuş sayı: 1143