Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib
Rusiyanın Kamçatka diyarında 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının “Telegram” kanalında bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 218 kilometr məsafədə baş verib. Zəlzələnin ocağı 58,3 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
15:43 16.12.2025
Oxunuş sayı: 1066