FTX: Yeniyetmələr Lipetskdə “Drujba” neft kəmərini partlatmaq istəyib
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bildirib ki, yeniyetmələr Ukrayna kəşfiyyat orqanlarının göstərişi ilə Lipetsk vilayətində “Drujba” neft kəmərini partlatmağı planlaşdırıblar.
Crossmedia.az Rusiya KİV-ə istinadən xəbər verir. Məlumata görə, şübhəlilər artıq nəqliyyat və enerji infrastrukturu obyektlərini yandırıblar və FTX əməkdaşları tərəfindən saxlanıldıqda anbardan “Drujba” boru kəməri üçün partlayıcı maddələr götürməyə hazırlaşıblar.
FTX qeyd edib ki, əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin vaxtında müdaxiləsi partlayışın qarşısını alıb və istintaq davam edir.
Türkan Kərimli
15:37 16.12.2025
Oxunuş sayı: 1334