Rusiya Bakıda “Rus evi”nin yenidən açılmasında israrlıdır
Rusiya Bakıda “Rus evi”nin yenidən açılması istiqamətində səylərini davam etdirir.
Crossmedia.az Rusiya KİV-ə istinadən xəbər verir. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib ki, Moskva bu məsələ ilə bağlı qarşılıqlı məqbul həll yollarının tapılmasına sadiqdir.
Onun sözlərinə görə, “Rus evi” indiyədək ölkələrimizin dost xalqları arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib və bu mərkəzin Bakıda tezliklə yenidən fəaliyyətə başlaması arzuolunandır.
Kaluqin vurğulayıb ki, Rusiya tərəfi Azərbaycanla bu istiqamətdə dialoqu davam etdirməyə hazırdır və məsələnin razılaşdırılmış şəkildə həllinə ümid edir.
Türkan Kərimli
15:22 16.12.2025
Oxunuş sayı: 1098