Ukraynada “Müharibə dövründə seçkilər” üzrə işçi qrup yaradılıb
Ukrayna parlamenti müharibə şəraitində seçkilərlə bağlı qanun layihəsi üzərində işləmək üçün xüsusi işçi qrup yaradıb. İşçi qrupa ilk vitse-spiker Aleksandr Korniyenko rəhbərlik edəcək.
Crossmedia.az bildirir ki, işçi qrupun əsas vəzifəsi müharibə dövründə seçkilərin keçirilməsi qaydalarını müəyyən etmək və qanunvericilik təşəbbüsləri hazırlamaq olacaq. Qrup həmçinin seçkilərin şəffaf və ədalətli şəkildə aparılması üçün proseduralar üzərində işləyəcək.
Hələlik qanun layihəsinin qəbul olunacağı tarix açıqlanmayıb.
15:06 16.12.2025
Oxunuş sayı: 1177