İran “Tramp Marşrutu”na qarşı çıxdı
İranın Ali Rəhbəri Ayətulla Əli Xameneinin baş məsləhətçisi Əli Əkbər Vilayati İranın “Tramp Marşrutu” layihəsinə açıq şəkildə qarşı çıxdığını bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Vilayati bu layihəni “İranın milli təhlükəsizliyinə təhdid” hesab etdiyini Tehran səfirliyi qarşısında açıqlayıb.
Vilayati, həmçinin, Bakı ilə Tehran arasındakı münasibətlərin normallaşdırılmasının əsas əleyhdarlarından biri olaraq, mütəmadi şəkildə İranda rəhbərliyin ən konservativ mövqeyini əks etdirən provokativ bəyanatlar verir.
Qeyd olunur ki, İran hökumətinin — Pezeşkian dövrünün hakimiyyətinin — əvvəlki bəyanatları daha neytral olub. Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi Bakıya səfər edib və səfərin yekunları ilə bağlı pozitiv mesajlar verərək Tehranın Bakı ilə münasibətlərin inkişafı və möhkəmləndirilməsinə hazır olduğunu bildirib.
Pərvin Hacıyeva
15:03 16.12.2025
Oxunuş sayı: 1042