15 dekabr - Dünya Türk Dilləri günü elan olunub
15 dekabr tarixi rəsmi olaraq Dünya Türk Dilləri Günü kimi qeyd ediləcək. Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy UNESCO-nun müvafiq qərarına istinadən məlumat verib.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, tarixin seçilməsi simvolik məna daşıyır. Xatırladaq ki, 15 dekabr 1893-cü ildə danimarkalı alim Vilhelm Tomsen Orxon-Yenisey yazılarını deşifrə edərək türk dillərinin minilliklərə söykənən qədim tarixə malik olduğunu elmi şəkildə sübut edib.
Nazir Mehmet Nuri Ersoyun sözlərinə görə, bu qərar türk dövlətlərinin birgə səyləri nəticəsində qəbul olunub və onların birliyinin rəmzi olmaqla yanaşı, türk dillərinin qorunması, inkişafı və dünya miqyasında tanıdılması istiqamətində mühüm addımdır.
Qeyd edilib ki, türk dillərinin qlobal miqyasda təsirinin artırılması türk xalqlarının ortaq mədəni kimliyinin və dünyagörüşünün mühüm tərkib hissəsi hesab olunur.
Fatimə Məmmədova
16:25 15.12.2025
Oxunuş sayı: 1507