Almaniya kansleri Merz: Zelenski bazar ertəsi Berlinə səfər edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Berlinə səfər edəcək.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, görüşdə Almaniya kansleri Fridrix Merz ilə yanaşı Böyük Britaniya, Fransa, eləcə də Polşa və İtaliya nümayəndələrinin də iştirak etməsi gözlənilir.
Nəşrin məlumatına görə, səfərin əsas məqsədi Ukrayna ilə Avropa liderləri arasında təhlükəsizlik və siyasi əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Türkan Kərimli
21:13 12.12.2025
Oxunuş sayı: 1411