Azərbaycan Basketbol Liqasında IX turun daha iki oyunu keçirilib
Azərbaycan Basketbol Liqasında IX turun daha iki oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ilk matçında B qrupunda yer alan "Ordu" "Sumqayıt"ı məğlub edib - 106:86.
A qrupunda isə NTD və "Şəki" komandaları üz-üzə gəliblər.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 93:79.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" isə "Sərhədçi"ni (90:74) məğlub edib.
00:30 13.12.2025
Oxunuş sayı: 1108