Böyük Britaniya naziri: Afrika vətəndaşlarına viza qadağası planlaşdırılır
Böyük Britaniyanın Daxili İşlər Naziri Şabana Mahmud bildirib ki, Anqola, Namibiya və Konqo Demokratik Respublikasının vətəndaşlarına viza qadağası qoymaq planlaşdırılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, bu addımın məqsədi həmin ölkələrin qanunsuz miqrantların Britaniyadan çıxarılmasına əməkdaşlıq etməməsi hallarını əhatə etməkdir.
Nazir əlavə edib ki, vətəndaşların qadağaya məruz qalması Böyük Britaniyanın miqrasiya siyasətinin effektivliyini təmin etmək üçün nəzərdə tutulub və digər ölkələrlə dialoqun davam etdirilməsi planlaşdırılıb.
Şabana Mahmud vurğulayıb ki, bu tədbirlər yalnız qanun pozuntularının qarşısının alınması və ölkənin təhlükəsizliyinin qorunması məqsədilə həyata keçirilib.
20:53 12.12.2025
Oxunuş sayı: 1344