Çin dünyanın ən böyük dron-uçan aviadaşıyıcısını sınaqdan keçirib
Çin dünyanın ən böyük pilotsuz uçuş aparatı olan "Czütian"ın ilk sınaq uçuşunu həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yeni nəsil aparat "uçan aviadaşıyıcı" adlandırılır və əsas özəlliyi bir anda çoxsaylı hücum dronları buraxa bilməsidir.
Məlumata görə, "Czütian" altı tona qədər silah daşıya bilir və 100-dən çox kamikadze dronu havaya buraxmaq imkanına malikdir. Bu xüsusiyyətlər aparatı yüksək riskli əməliyyatlarda, xüsusilə də kəşfiyyat və koordinasiyalı hava hücumlarında strateji üstünlük vasitəsinə çevirir.
Çinin bu addımı pilotsuz hərbi texnologiyalar sahəsində yeni mərhələ hesab olunur və regionda qüvvələr balansına ciddi təsir göstərə bilər.
Nigar Yahyazadə
17:02 11.12.2025
Oxunuş sayı: 962