Ermənistanda hərbi xidmətdən ödəniş qarşılığında azadolma qaydası genişləndirilir
Ermənistan hökuməti hərbi xidmətdən ödəniş müqabilində azadolma ilə bağlı qanuna dəyişiklikləri təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, bu imkandan həmin qanun qüvvəyə mindikdən sonra 27 yaşa çatmış şəxslər də yararlana biləcək.
Bundan əvvəl azadolma yalnız 2024-cü ilin yanvarına qədər 27 yaşı tamam olanlara şamil edilirdi. Layihənin müəllifi, deputat Hayk Sarkisyan bildirib ki, əvvəlki hüquqi boşluq səbəbindən yüzlərlə vətəndaş ölkəyə qayıtmaqdan çəkinir, 37 yaşa qədər gözləyirdi ki, cinayət işləri müddətə görə bağlansın.
Onun sözlərinə görə, qəbul edilən dəyişikliklərlə "qayda hamı üçün eyni və ədalətli olacaq".
Nigar Yahyazadə
16:54 11.12.2025
Oxunuş sayı: 784