Avropanın qazdan imtinası Rusiyanın gübrə idxalını artırıb
Avropanın Rusiya qazından imtina etməsi həmin qazdan istehsal olunan Rusiya gübrələrinin idxalını artırmasına səbəb olub.
Crossmedia.az bu barədə The Economist-ə istinadən xəbər verir.
2025-ci ilin iyun ayında Avropanın Rusiyadan gübrə idxalı son 10 ilin ən yüksək həddini keçib – Rusiya gübrəsinin Avropa bazarında payı 33%-ə çatıb.
Aİ-nin Rusiya gübrələrinə rəqabətqabiliyyətli alternativi yoxdur. Rusiya qazından imtina etdiyinə görə Avropanın istehsal etdiyi gübrələr çox bahadır, Əlcəzair və Mərakeşdən gələn gübrələr də Rusiyadan bahadır.
16:50 11.12.2025
Oxunuş sayı: 844