Ukrayna Xəzərdə Lukoil-in neft yatağına dron zərbələri endirib
Ukrayna Xəzər dənizindəki Lukoil şirkətinin Filanovski neft yatağına hücum edib.
Crossmedia.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Ukraynanın uzaqmənzilli dronları platformaya ən azı dörd dəfə zərbə endirib və 20-dən çox quyuda hasilatı dayandırıb.
Yatağın layihə gücü ildə təxminən 6 milyon ton neft və ya gündə təxminən 120.000 bareldir. 2023-cü ildə Lukoil Rusiyada 76,5 milyon ton xam neft və kondensat hasil edib, bu da Filanovskinin Rusiya istehsalının 8%-dən azını təşkil etməsi deməkdir.
16:43 11.12.2025
Oxunuş sayı: 889